Qırğızıstan “Yeni SSRİ”yə qoşulur

Qırğızıstan “Yeni SSRİ”yə qoşulur
  09 İyul 2015    Oxunub:2396
Qazaxıstan parlamenti Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi ratifikasiya edib.
Bu barədə AzVision.az `Novosti – Qazaxıstana`ya istinadən xəbər verir.

Qırğızıstan mayın 22-i respublikanın Aİİ-yə qoşulması barədə bütün ölkə daxili proseduraları yekunlaşdırıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti