Yanan maşında köməksiz qaldılar

Yanan maşında köməksiz qaldılar
  19 Fevral 2013    Oxunub:1782
İçərisində 3 nəfər olan avtomobil yanıb.
Bu gün Bakının Şıxov qəsəbəsində Salyan yolunun 32-ci kilometrliyində içərisində insanların olduğu minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, dövlət nömrə nişanlı BMW markalı davtomobil birdən alışımağa başlayıb. Məlumata əsasən, avtomobilin içərisində 3 nəfər köməksiz insan qalıb.

Daxil olan məlumata əsasən, dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Maşının içərisində olan 3 nəfər xilas edilib və maşın söndürülüb. Yanğın nəticəsində 2 nəfər ağır, 1 nəfər isə yüngül yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.


Teqlər:  





Xəbər lenti