BFV Yunanıstana güzəştə getməkdən imtina etdi
`BVF hamıya bərabər formada yanaşmalıdır. Yunanıstan kəskin böhran şəraitindədir və dərhal onun həll edilməsi yolları tapılmalıdır`, - deyə Laqard bildirib. O, həmçinin qeyd edib ki, fond tam formada bu prosesdə iştirak etmək niyyətindədir.
Laqard xatırladıb ki, `BVF Yunanıstandakı böhranın nizamlanması prosesinə yalnız bu ölkənin xahişi ilə qoşulub`. Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Yunanıstanı avro zonanın tərkibində saxlanılması barədə qərar qəbul edib. İyunun 5-i keçirilən referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: