Yay Olimpiya Oyunları Bakıda keçirilə bilər
Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizəd şəhərlərin ərizələrini yanvarın 15-indən qəbul etməyə başlayıb. Ərizələrin qəbulu sentyabrın 15-nıə qədər davam edəcək. 2017-ci il BOK-un Perunun paytaxtı Limada keçiriləcək 130-cu sessiyasında 2024-cü il Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq.
Olimpiyadanın keçirilməsi uğrunda Roma, Hamburq, Boston, Paris və Bakı mübarizə aparacaq. Yaxın zamanlarda İstanbul və Budapeştin də öz namizədliyini irəli sürəcəyi bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: