Azərbaycanda iftar zamanı kütləvi zəhərlənmə

Azərbaycanda iftar zamanı kütləvi zəhərlənmə
  08 İyul 2015    Oxunub:3705
Azərbaycanda kütləvi zəhərlərnmə hadisəsi baş verib.
AzVision.az-ın Ans-ə istinadən verdiyi məlumata görə, hadisə Zaqatala rayonunda, Çobankol kəndində olub.

Kənd sakini olan Musayevlər ailəsinin 8 üzvü bu gecə saat 02:30 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının İnfeksiyon Xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Şöbədən ANS PRESS-ə verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, ailə yedikləri qarpızdan zəhərlənib. Şöbə müdiri Şamil Xaldayevin sözlərinə görə, ailə üzvləri iftar açarkən gün altında qalan qarpız yeyiblər və bunun nəticəsində də zəhərləniblər.

"Zəhərlənənlər arasında daha 2 nəfər olub. Lakin onlar ilkin yardımdan sonra sonra ambulator müalicə üçün evə buraxılıblar. Bunlar Musayeva Pəri və Musayeva Nəzir olub.

Zəhərlənənlər aşağıdakılardır:
Sirac Musayev - 2014-cü il təvəllüd
Günel Musayeva - 2001-ci il təvəllüd
Gülbikə Musayeva - 1999-cu il təvəllüd
Təbrik Merhan qızı Musayeva - 1980-cı il təvəllüd
Mustafa Nəzirməmməd oğlu Musayev - 1976-cı il təvəllüdlü
Pəri Qurban qızı Musayeva - 1952-ci il təvəllüdlü

Hazırda zəhərlənənlərin vəziyyəti normaldır.

Qeyd edək ki, bu Zaqatalada yay mövsümü başlayandan ilk belə haldır. Bir neçə il öncə isə adıçəkilən rayonda bir ailə göbələkdən zəhərlənmişdi. Nəticədə ailənin iki övladı dünyasını dəyişmişdi.


Teqlər:





Xəbər lenti