Yunanıstan Avrozonadan çıxarılır - Ssenari hazırdır

Yunanıstan Avrozonadan çıxarılır - Ssenari hazırdır
  08 İyul 2015    Oxunub:3144
Avropa Komissiyası Yunanıstanın Avrozonadan çıxmaq ssenarisi üzərində işləyir.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

`Mən bunu istəmirəm, lakin Yunanıstan lazım olanı etməsə, mən bunun qarşısını ala bilməyəcəm`, - deyə siyasətçi vurğulayıb.

Fransua Olland isə bəyan edib ki, referendumun nəticələri ölkəni öhdəliklərdən azad etmir. Fransa prezidenti həmçinin bildirib ki, Yunanıstanın Avrozonada qalması üçün bütün səyləri birləşdirmək lazımdır: `Əgər onlar qalmaq istəyirlərsə, onda müvafiq təkliflərini irəli sürməlidirlər`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti