ABŞ-dan Qarabağ açıqlaması: “Rusiya və Fransa ilə işləməyə hazırıq”
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“Vaşinqtonda keçirilən danışıqlarda həmsədrlərə bəyan etdik ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya və Fransa ilə işləməyə hazırıq”, - deyə Uorlik yazıb.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər.
Eldar Tanrıverdiyev
AzVision.az