Azərbaycanlı `Lenin` `Stailin`i döydü - Video

Azərbaycanlı `Lenin` `Stailin`i döydü - Video
  07 İyul 2015    Oxunub:4304
Moskvanın “Oxotnıy Ryad` stansiyası yaxınlığında keçiddə Vladimir Lenin və İosif Stalinin oxşarları arasında dava düşüb.
Bu barədə AzVision.az`Lenta.ru`ya istinadən xəbər verir.

Moskva metropoliteninin prokuroru Aleksandr Rıbak, Manej meydanından Leninin oxşarı kimi işləyən İqor Qorbunov polisə müraciət edib.

O, bəyan edib ki, Stalinin oxşarı kimi çıxış edən Lətif Vəliyev çətirlə onun kürək nahiyəsinə üç dəfə zərbə endirib.

Hücumdan sonra Leninin oxşarı həkimlərə müraciət edib.

Konfliktə səbəb kimi isə Vəliyevin Qorbunovun Stalinin digər oxşarı ilə əməkdaşlıq etməsinə dair şübhələri olub.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti