Rusiyada həmyerlimiz güllələnib
Rusiya İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri üzrə şöbəsinin yaydığı məlumatda deyilir ki, ötən gün adı açıqlanmayan azərbaycanlı öz həmyerlisinin avtomobilinə siladan atəş açıb.
Atəş səslərini eşidən digər 27 yaşlı azərbaycanlı bankdan çıxıb. Avtomobilə atəş açan azərbaycanlı həmyerlsini güllələməyə başlayıb. Ayağından güllə yarası alan azərbaycanlı şəhər xəstəxanasına yerləşdirilib.
Atəş açanın adı açıqlanmasa da onun əvvəllər məhkum edildiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.