Obama: `İŞİD ilə döyüşməyəcəyik`
AzVision.az xəbər verir ki, Obama Birləşmiş Ştatların İŞİD ilə mübarizə aparmaq üçün əlavə qüvvələr göndərməyəcəyini deyib.
“İŞİD-in ləğvi vaxt aparacaq”,- deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, bu yaxınlarda İŞİD döyüşçüləri 25 suriyalı əsgərin necə qətl edilməsi göstərilən videonu yayımlayıblar.
Hazırda Suriya və İraqın bir hissəsini nəzarətdə saxlayan İŞİD Liviyaya da yayılmağa can atır.
AzVision.az