Bakıda bahalı maşınları kim yandırır?
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, hal-hazırda bu istiqamətdə zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir.
DİN rəsmisi bildirib ki, şənbə günü Suraxanı Rayon Polis İdarəsinə iki nəfər vətəndaş müraciət edib: “Polis dərhal araşdırmalara başlayıb və eyni zamanda zəruri əməliyyat-axtarış işləri həyata keçirilir”.
Qeyd edək ki, ötən ay da Suraxanı rayonu ərazisində bir neçə avtomobilin yandırılması hadisəsi baş verib.
Məlum hadisə ilə bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Anar Kəlbiyev
Teqlər: