18 təyyarə reysi ləğv olundu
Ölkənin ən önəmli turizm bölgəsi olan Bali adası yaxınlığında yerləşən Raung vulkanının fəaliyyətə keçməsinin ardından hökumət təhlükə xəbərdarlığı elan edib və əraziyə 3 km məsafədə yaşayan 800 nəfər bölgədən təxliyə edilib.
Məlumata görə, vulkandan püskürən külün hündürlüyü 4 km çatıb. Məhz bununla əlaqədar 18 təyyarə reysi ləğv edilib.
Ölkə rəsmiləri bildirir ki, hazırda vəziyyət nəzarətdə saxlanılır.
AzVision.az
Teqlər: