Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən
AzVision.az - a verilən məlumata görə, “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarma "Dağlıq Qarabağ”ın mövqeyinin təsdiqi və ya tanınması mənası daşımadığı vurğulanır. B.Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığının başa düşüldüyü qeyd olunaraq, "Chatham House"un Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdığı bildirilir.
Məktubda bu görüşün KİV-in iştirakı ilə ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud sayda ekspertlərinin iştirakı ilə “Chatham House qaydaları” əsasında təşkil ediləcəyi qeyd olunaraq, heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır.
Habelə bu tədbirin məhdud çərçivədə keçiriləcəyini nəzərə alaraq, onun barədə "Chatham House"un internet saytında verilmiş elanın da çıxarıldığı məktubda qeyd olunur.