4 ölkədən Xəzərlə bağlı mühüm qərar
Məlumata görə, Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin imzalanmasının mümkünlüyünü müzakirə ediblər.
“Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Teqlər: