Fransa Assanja sığınacaq vermədi

Fransa Assanja sığınacaq vermədi
  03 İyul 2015    Oxunub:2641
2010-cu ildən ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının qurucusu Culian Assanj Fransadan siyasi sığınacaq istəyib.
AzVision.az xəbər verir ki, Assanj bu məqsədlə Fransa prezidenti Fransua Ollandın adına açıq məktub yazıb.

Rəsmi Parisin cavabı isə gecikməyib. Fransa prezidentinin sarayından bildirilib ki, Assanjla bağlı məsələnin hüquqi aspekti və maddi şəraitinin ətraflı araşdırılılması göstərib ki, Fransa bu müraciəti təmin edə bilməz.

Qeyd edək ki , “Wikileaks”ın qurucusu 3 ildir Ekvadorun İngiltərədəki səfirliyində sığınacaq alıb.


Teqlər:  





Xəbər lenti