`Ermənini məğlub edərdim`- Abdulqadir Abdullayev

`Ermənini məğlub edərdim`-  Abdulqadir Abdullayev
  28 İyun 2015    Oxunub:3354
Finalda döyüşməyi çox istəyirdim. Ermənistanlı idmançı ilə qarşılaşsaydım, onu məğlub edərdim. Qələbəmi valideynlərimə həsr edirəm. Çünki onlar bu qələbəni səbirsizliklə gözləyirdilər.
Bu fikirləri birinci Avropa Oyunlarının çempionu adını qazanan boksçumuz Abdulqadir Abdullayev qələbə sevincini jurnalistlərlə bölüşərkən deyib.

Xatırladaq ki, boksçumuz finalda Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşməli idi. Lakin rəqib idmançının sağlamlığında problem yarandığına görə, Azərbaycan boksçusu Abdulqadir Abdullayev döyüşə çıxmadan 91 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

“Qələbə sevincimi Azərbaycan xalqı ilə bölüşdüyüm üçün çox xoşbəxtəm. Çünki azarkeşlər məni fəal dəstəklədilər. Hazırda gələcək planlarımla bağlı konkret fikir söyləyə bilmərəm. Müəyyən müddət istirahət edəcəyəm. Bundan sonra isə dünya çempionatına hazırlaşacağam”.


Teqlər:  





Xəbər lenti