2 boksçumuz qızıl medal qazandı

2 boksçumuz qızıl medal qazandı
  27 İyun 2015    Oxunub:3297
Azərbaycan Avropa Oyunlarında qızıl medalların sayını 17-ə çatdırıb.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda italiyalı idmançı Vincenzo Pikardini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Avropa Oyunlarında 17-ci qızıl medalı boksçumuz Kollazo Sotomayor qazanıb.

Kollazo Sotomayor 64 kiloqram çəki dərəcəsində Olimpiya Oyunlarının bürünc mükafatçısı italiyalı Vinçenzo Manyakapreni məğlub edərək fəxri kürünün ən yüksək pilləsinə qalxıb.




Teqlər:





Xəbər lenti