6 boksçumuz finalda - Yenilənib - Video

6 boksçumuz finalda - Yenilənib - Video
  26 İyun 2015    Oxunub:2985
I Avropa Oyunlarında boks yarışları davam edir.
AzVision.az-ın məlumatına görə, 75 kq çəkidə Xaybula Musalov finala vəsiqə üçün macarıstanlı Zoltan Harksa ilə qarşılaşıb. Görüş Xaybula Musalovun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə boksçumuz finalda irandiyalı boksçu ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanı “Bakı 2015” I Avropa Oyunlarında təmsil edən boksçu Pərviz Bağırov da finala yüksəlib. 21 yaşlı idmançı yarımfinalda böyük britaniyalı Coş Kellini məğlub edib - 3:0. Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq.

Bundan başqa Albert Səlimov da (60 kq) finala yüksəlib.

**

91 kq-da döyüşən Abdulkadir Abdullayev rusiyalı Sadam Maqomedovu 3:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Ötən gün isə Elvin Məmişzadə (52 kq) və Kollazo Sotomayor (64 kq) finala yüksəlib.




Teqlər:  





Xəbər lenti