Olimpiya stadionu bağlanışa tam hazırdır

Olimpiya stadionu bağlanışa tam hazırdır
  26 İyun 2015    Oxunub:2491
“Cüdo üzrə yarışlara start verilib. 14 məkanda yarışlarda böyük sayda tamaşaçı iştirak edib.”
AzVision.az xəbər verir ki, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında deyib. O, qeyd edib ki, oyunlarda könüllülər çox səy göstərirlər:

`Oyunların uğurlu keçməsində əməklərini əsirgəmirlər. Eyni zamanda Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdır. Keçid prosesi başa çatıb. Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq. Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb. Bununla bağlı hər kəsi təbrik edirik.

Bu, Azərbaycan heyətinin nailliyyətidi. Bu gün 29 min tamaşaçı olacaq. Şənbə günü 26 minə yaxın tamaşaçının gəlişi gözlənilir. Hazırda vəziyyət normaldı. Bu uzun yolu gözəl nəticələrlə başa çatdırırıq. Əvvəlki səviyyədə xidmətlər göstərməyə köklənmişik. Hər kəs əlindən gələni edir`.


Teqlər:





Xəbər lenti