Rusiya Avropa Oyunlarında birinci oldu

Rusiya Avropa Oyunlarında birinci oldu
  26 İyun 2015    Oxunub:4269
Rusiya millisi Bakıda keçirilən ilk Avropa Oyunlarında medalların ümumi sayına görə vaxtından əvvəl birinci olub.

AzVision.az-ın məlumatına görə, hazırda Rusiya millisinin aktivində 123 medal var və onlar yarışların sonuna qədər öz hesablarına daha 66 medal qazandıra bilərlər.

Medalların ümumi sayına görə, ikinci yerdə yerləşən Almaniya millisi artıq lideri ötmək imkanından məhrum olub. Çünki üçüncü yerdə qərarlaşan Almaniya Rusiyadan 76 medal geri qalır ki, onlar da qalan yarışlarda maksimum 63 medal qazanıb.

Hazırda aktivində 46 medal olan Azərbaycan millisi üç gün ərzində medalların sayını maksimum 78-ə çatdıra bilər. Böyük Britaniya millisi isə ən yaxşı halda 79 medal qazana bilər.

Ümumilikdə Avropa Oyunlarının başa çatmasına 3 gün qalsa da Rusiya çempionluğu vaxtından tez əldə edib.

Qeyd edək ki, Bakıda keçirilən ilk Avropa Oyunları iyunun 28-i bitəcək.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti