Millimiz Türkiyəyə uduzdu - FOTOLAR

Millimiz Türkiyəyə uduzdu - FOTOLAR
  26 İyun 2015    Oxunub:2960
Bu gün Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.
Millimiz Türkiyə yığması ilə qarşılaşıb. Gərgin keçən görüşün ilk setində türklər üstün olublar - 21:25. Növbəti set təmsilçilərimizin xeyrinə başa çatıb - 25:23. Üçüncü setdə Türkiyə (19:25), 4-cü setdə komandamız qalib gəldiyindən (25:23) oyunun taleyi 5-ci setdə həll olunub.

Finala bərabər keçən oyunun sonuncu setində türklər üstün olublar - 11:15 (2:3).

Millimiz bürünc medal uğrunda görüşdə Serbiya yığması ilə qarşılaşacaq.

Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti