Külək yarışların keçirilməsinə mane oldu

Külək yarışların keçirilməsinə mane oldu
  26 İyun 2015    Oxunub:2515
Bakı-2015 I Avropa Oyunlarının təqvimində dəyişiklik edilib.
Sabah start götürəcək BMX velosiped yarışlarının vaxtı dəyişdirilib.

Buna həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti səbəb olub. Nəticədə zamana qarşı təsnifat yarışları sabah – iyunun 26-da saat 14:30-da başlayacaq. Bunun ardınca saat 17:00-də kişi və qadınlar arasında motokros yarışları baş tutacaq.

İyunun 27-də külək gözlənildiyindən velosipedçilər istirahət edəcək.

Yarımfinal və final yarışları isə iyunun 28-də saat 15:00-də start götürəcək. (Ans)


Teqlər:





Xəbər lenti