İki boksçumuz finalda- Yenilənir

İki boksçumuz finalda- Yenilənir
  25 İyun 2015    Oxunub:4126
Bu gün I Avropa Oyunlarında boks yarışlarında yarımfinal və final görüşləri keçiriləcək.
AzVision.az xəbər verir ki, ölkəmizi təmsil edəcək 4 boksçu rinqə çıxacaq. Onlardan 3-ü yarımfinal, biri isə qızıl medal uğrunda mübarizə aparacaq.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə almaniyalı Touba Hamzanı məğlub edərsə, finala vəsiqə qazanacaq.

64 kq-da Sotomayor Kollazo ukraynalı Viktor Petrovla final uğrunda döyüşəcək.

81 kq-da Teymur Məmmədov Avropa Oyunlarında boks yarışlarında ölkəmiz ilk qızıl medalı qazandırmağa çalışacaq. O, italiyalı Menfredonia Valentino ilə final görüşünə çıxacaq.

Bu gün həmçinin qadın idmançımız Yana Alekseevna final yolunda rusiyalı Saveleva Elena ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov da yarımfinal görüşünə çıxmalı idi. Lakin zədə səbəbindən o bu qarşılaşmanı buraxacaq.
***
Qadınlar arasında 54 kq çəkidə boks yarışında Anna Əlimərdanova bürünc medal qazanıb.
O, finala gedən yolda rusiyalı Yelena Savelevaya 0:3 hesabı ilə məğlub olub.
***
52 kq çəki dərəcəsində Elvin Məmişzadə almaniyalı Touba Hamza ilə qarşılaşıb. Rəqibini məğlub edən boksçumuz finala vəsiqə qazanıb.
***
Sotomayor Kollazo ukraynalı Viktor Petrovu 3:0 məğlub edərək finala çıxıb.

Anar Kəlbiyev




Teqlər:  





Xəbər lenti