Cüdoçumuz finalda- Yenilənir

Cüdoçumuz finalda- Yenilənir
  25 İyun 2015    Oxunub:6510
Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.
AzVision.az xəbər verir ki, 5 medal dəstinin sahibi bu gün bəlli olacaq. Ölkəmizi təmsil edən 8 cüdoçu tatami üzərinə çıxacaq.

Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçiləri Orxan Səfərov 1/8 finalda Monteneqro təmsilçisi Yan Siçardi ilə belaruslu Arif Bağırov görüşünün qalibi, İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim duelinin qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində də ölkəmiz 2 idmançı ilə təmsil olunur. 1/16 finalda Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla, Tərlan Kərimov isə rusiyalı Mixail Pulyayevlə qarşılaşacaq.

Qadınlar arasında 48 kq çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq.

Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkəcək.

52 kq çəki dərəcəsində 1/16 final mərhələsində qüvvəsini sınayacaq Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək.

57 kq çəkidə isə Kifayət Qasımova da yarışa 1/16 finalda serbiyalı Yovana Roqiçlə qarşılaşacaq.

***

Xanım cüdoçumuz Leyla Əliyeva sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib və görüşdən qalib kimi ayrılıb.

48 kq-da mübarizə aparan daha bir xanım cüdoçumuz Aişə Qurbanlı rusiyalı Kristina Rumyanstevaya qalib gəlib.

***

66 kq-dək çəki dərəcəsində çıxış edən daha bir təmsilçimiz - Avropa çempionatı və Qran-pri turnirinin mükafatçısı Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb. Bu görüşdə rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə keçib.

48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə qarşılaşıb. Cüdoçumuza saxlama fəndi tətbiq edən belçikalı idmançı vaxtından əvvəl qələbə qazanıb.

***

Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla qarşılaşıb və təmiz qələbə qazanıb.

***
Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta, İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosa uduzub.
***
52 kq çəki dərəcəsində isə 1/16 final mərhələsində qüvvəsini sınayan Səkinə Zairova israilli Roni Şvartsla üzləşib. Gərgin keçən döyüş rəqibin xeyrinə yekunlaşıb. Cüdoçumuz ipponla uduzub.
***
Cüdoçumuz Orxan Səfərov belaruslu Arif Bağırovla qarşılaşıb. Orxan Səfərov rəqibini məğlub edərək 1/4 finala çıxıb.

Qeyd edək ki, Arif Bağırov əslən azərbaycanlıdır və hazırda Belarusu təmsil edir.
***
Cüdoçumuz Nicat Şıxəlizadə italiyalı Elio Verde ilə qarşılaşıb və o, rəqibinə ippon fəndi ilə qalib gələrək 1/4 finala çıxıb.
***
Cüdoçumuz Orxan Səfərov isveçrəli 1/4 finalda isveçrəli Ludovik Şammartenə qalib gələrək yarımfinala yüksəlib. Azərbaycan təmsilçisi yarımfinalda ispaniyalı Fransisko Qarriqosla üz-üzə gələcək. Cüdoçumuz bu görüşü də üstün bitirərək, finala yüksəlib.
***
66 kq-da mübarizə aparan Nicat Şıxəlizadə isə 1/4 finalda portuqaliyalı Sergiu Oleynikə məğlub olub. Məğlubiyyətə baxmyaraq N.Şıxəlizadə bürünc medal uğrunda mübarizəni davam etdirir. O, ilk təsəlliverici görüşdə ukraynalı Georgi Zantarayanı məğlub etməlidir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti