`Qızıl medala layiqəm` - Teymur Məmmədov

`Qızıl medala layiqəm` - Teymur Məmmədov
  25 İyun 2015    Oxunub:3290
"Döyüşüm çox ağır keçdi. Rəqibim elə də zəif deyildi".
AzVision.az xəbər verir ki, bunu Avropa Oyunlarında finala çıxan boksçumuz Teymur Məmmədov deyib. İdmançı bildirib ki, döyüşü ağır keçsə də, sonda qalib oldu.

`Hər raund tempi artırmaq istəyirdim. Çünki finala çıxmaq üçün mütləq qələbə qazanmalı idim. Bundan qabaq müsahibələrimdə demişəm və yenə də deyirəm ki, qızıl medala layiqəm.

Finaldakı rəqibimlə heç bir döyüşdə qarşılaşmamışıq. İnşallah final döyüşündə görüşəcəyik. Onun döyüşünü, taktiki gedişlərinə baxdım. İnanıram ki, sonluq yaxşı olacaq`

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti