Qadın basketbolçularımız uduzub

Qadın basketbolçularımız uduzub
  23 İyun 2015    Oxunub:2591
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadınlar və kişilər arasında 3x3 basketbol yarışına start verilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət milli komandası İsveçrə yığması ilə qarşılaşıb. Avropa Oyunları Parkında baş tutan görüşdə qadın basketbolçularımız uduzub – 11:15.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında 3x3 basketbol yarışına iyunun 26-da yekun vurulacaq və 2 dəst medal öz sahibini tapacaq.


Teqlər:





Xəbər lenti