Davudoğlu: “Türkiyənin imici sarsıla bilər”

Davudoğlu: “Türkiyənin imici sarsıla bilər”
  03 İyun 2013    Oxunub:1227
“Türkiyədə baş verən hadisələr ölkəmizin nüfuzuna xələl gətirə bilər”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Əhməd Davudoğlu öz Twitter hesabında bildirib.

"Taksimdə yaşanan hadisələr, ölkəmizin dünyada heç də layiq olmadığı bir şəkildə tanınmasına səbəb oldu. Ələxsus da, son on ildə söz və ifadə azadlığı sahəsində atdığımız bir çox addımları heçə saydı. Hadisələri, demokratiyamıza və əziz millətimizə qarşı bir haqsızlıq kimi dəyərləndirirəm. İnanıram ki, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Hamımızın göz bəbəyi olan İstanbulumuza və digər şəhərlərimizə ziyan verən bu müqavimətin davam etməsi heç kimə xeyir gətirməyəcək. Bu yalnız bölgəmizdə və dünyada qibtə ilə baxılan ölkəmizin nüfuzuna zərər verə bilər".

Mirvari



Teqlər:  





Xəbər lenti