Hakerlər Türkiyə saytlarına hücum etdi

Hakerlər Türkiyə saytlarına hücum etdi
  03 İyun 2013    Oxunub:1680
“Anonymous” haker qrupu Türkiyənin bir neçə dövlət saytlarına hücum ediblər.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, hakerlər bununla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı və hökumətin istefasını tələb edən etirazçıları dəstəkləyiblər.

Hazırda baş nazirin və dövlət müəssisələrinin bəzi rəsmi səhifələrinə giriş mümkün deyil. “Anonymous” haker qrupunun hücumu nəticəsində işləməyən saytlar bərpa olunur.

Hakerlərin əsas hədəfi Daxili İşlər Nazirliyinin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi saytı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti