Əhmədinecat qəzaya düşdü

Əhmədinecat qəzaya düşdü
  03 İyun 2013    Oxunub:1511
İran Prezidentinin vertolyotunda texniki nasazlıq yaranıb
İran prezidenti Mahmud Əhmədinecatın uçduğu vertalyotda yaranan texniki nasazlıq bir anlığa onun həyatını təhlükə altında qoyub. Lakin pilotun sayıqlığı nəticəsində mümkün qəza sovuşub. Pilot vertolyotu Əlborz dağının ətəyində yerə endirməyə məcbur olub.

Məlumatına görə, prezident Tehrandan ölkənin şimalına - Xəzər sahillərinə doğru uzanan ən uzun avtomobil tunelinin açılışında iştirak etməyə gedirmiş.

Açılışdan sonra İran prezidenti Tehrana avtomobillə qayıdıb. Vertolyotun nasazlığının səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Mahmud Əhmədinecatın prezidentlik səlahiyyətləri bu ilin avqust ayında bitir.


Teqlər:





Xəbər lenti