Taksim hadisələrinə görə daha 57 nəfər saxlanıldı

Taksim hadisələrinə görə daha 57 nəfər saxlanıldı
  01 İyun 2013    Oxunub:1234
Saxlanılanların sayı 138 nəfərə çatıb
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Taksimdə baş verən hadisələrə görə, daha 57 nəfər saxlanılıb. İstanbulda etiraz aksiyası zamanı həbs edilənlərin sayı 138 nəfərə çatıb. Saxlanılan şəxslər İstabulun Polis İdarəsində tibbi müayinədən keçirildikdən sonra məhkəməyə göndəriliblər.

Qeyd edək ki, Taksimdəki hadisələrə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan münasibət bildirib.

“Heç kimin ağaclar kəsilir deyə gərginliyi artırmağa ixtiyarı yoxdu. Biz bu cür hadisələri keçmişdə çox yaşadıq. Taksim Kışlası Taksimi zənginləşdirər dedik. Məsələ kəsilən ağac deyil, gəlinən nöqtə ideolojidir. Polis dünən orda idi, bu gün də ordadı, sabah da orda olacaq. Gözyaşardıcı qaz həddən artıq istifadə edilib. Daxili İşlər Nazirliyinə təlimat verilib, lazımi tədbirlər görüləcək. Atatürk Kültür Mərkəzini belə dağıtmalıyıq, yerində qürurlana biləcəyimiz bir yer məsələn, Opera binası tikməliyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti