ABŞ İran şirkətlərinə sanksiya qoydu

ABŞ İran şirkətlərinə sanksiya qoydu
  01 İyun 2013    Oxunub:1311
ABŞ İranın səkkiz neft-kimya şirkətinə sanksiya tətbiq edib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, sanksiyalar həmçinin Ukrayna və Qırğızıstan şirkətlərinə də aid edilib. Amerika hökuməti bildirib ki, həmin xarici şirkətlər İrana ABŞ-ın qoyduğu sanksiyaları pozmağa kömək edib.

ABŞ-ın Maliyyə Nazirliyi iddia edir ki, İranın səkkiz neft-kimya şirkətləri nüvə və raket proqramlarını maliyyələşdirir.

Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın “Ferland” şirkəti beynəlxalq sanksiyaları pozaraq İran neftinin nəql etməsində iştirak edərək “qara siyahıya” düşüb. Bundan başqa, sanksiyalar Ukraynanın (Ukranian-Mediterrenian Airlines” və “Bukovina Airlines”) və Qırğızıstanın (“Kirqiztransavia”) aviaşirkətlərinə qarşı tətbiq edilib. ABŞ bildirib ki, şirkətlər İranın “Mahan Air” və “Iran Air” şirkətlərilə təyyarələrin satışı və lizinqi üzrə vasitəçilik ediblər. Siyahıda həmçinin BƏƏ aviaşirkəti də vardır.

Amerikanın sənaye korporasiyaları və banklarının bu şirkətlərlə əməkdaşlıq etməsi qadağan olunub, onların rəhbərlərinə isə ABŞ ərazisinə giriş bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti