Məhkəmə geri çəkildi

 Məhkəmə geri çəkildi
  01 İyun 2013    Oxunub:1560
Məhkəmənin qərarı qəbul olunub
Türkiyə İnzibati Məhkəməsi şəhərinin Taksim parkında ticarət mərkəzinin ucaldılması layihəsinin həyata keçirilməsinin dayandırılmasına dair qərar qəbul edib.

APA-nın "Haberler"ə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı hakimlərin səs çoxluğu ilə qəbul olunub.

İctimaiyyətin sərt narazılığına baxmayaraq, hökumət şəhərsalma planlarından geri çəkilmək niyyətində deyil. Türkiyənin baş naziri R.T.Ərdoğan son hadisələri şərh edərkən bəyan edib ki, qərar hökumət səviyyəsində artıq qəbul olunub və o həyata keçiriləcək.

Qeyd edək ki, İstanbulda artıq dörd gündür polis və Taksim parkında nəhəng ticarət mərkəzinin ucaldılmasına qarşı keçirilən aksiya iştirakçıları arasında qarşıdurma davam edir.

Aksiyanı dağıtmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları traktorları dayandırmaq məqsədi ilə alışdırıcı maye ilə doldurulmuş şüşə qabları, daş və başqa əşyalardan istifadə edib. Tikinti texnikası sultan Səlim dövründən qalan qədim tikililəri uçurmaq məqsədi ilə gətirilib.



Teqlər:  





Xəbər lenti