Nigeriyada eynicinslilərin nikahı qadağan olundu

Nigeriyada eynicinslilərin nikahı qadağan olundu
  31 May 2013    Oxunub:1449
Nigeriya parlamenti eynicinslilərin nikahını qadağan edən qanun qəbul edib.
AzVision.az Associated Press-ə istinadən məlumat verir ki, qadağanı pozanları 14 il həbs cəzası gözləyir.

Qanuna görə, eynicinslilərin vətəndaş nikahında yaşaması da qadağan olunub. Bu hərəkətə görə insanları 10 il həbs cəzası gözləyir. Qanun Nigeriyanın prezidenti Qudlak Conatan imzaladıqdan sonra qüvvəyə minəcək.

Nigeriya 162 milyon nəfərlə Afrikanın əhalisi sıx olan ölkələrindən biridir. Ölkə əhalisinin demək olar ki yarısı xristian, digər qismi - islam dininə etiqad edir. Əhali arasında keçirilən sorğuya əsasən, homoseksuallıq insanlar tərəfindən qəbuledilməzdir.

AzVision.az


Teqlər:





Xəbər lenti