İvanişvilidən Rusiyaya sərt bəyanat

İvanişvilidən Rusiyaya sərt bəyanat
  31 May 2013    Oxunub:1353
"Gürcüstan yaxın gələcəkdə öz ərazi bütövlüyünü bərpa edəcək"
Gürcüstan yaxın gələcəkdə öz ərazi bütövlüyünü bərpa edəcək.
Gürcüstanın baş naziri Bidzina İvanişvili yerli telekanallarından birində sakinlərin suallarını cavablandırarkən belə deyib. Rusiyaya heç nəyi güzəştə getməyəcəklərini deyən hökumət başçısı, münaqişəni sülh yolu ilə həll etmək üçün Rusiya ilə diplomatik əlaqələr qurmağa çalışdıqlarını, bunun isə ölkədə birmənalı qarşılanmadığını bildirib.

İvanişvilin sözlərinə görə, prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyası, hökumətin Rusiya ilə münasibət qurmaq cəhdini xalqa təhrif olunmuş qaydada çatdırır: "Biz indiyə qədər Rusiyaya nəyisə güzəştə getmişik?
-Getməmişik, getməyəcəyik də...

Sadəcə Vahid Milli Hərəkat partiyası xalqa belə bir təəssürat yaradır ki, biz Rusiya ilə diplomatik danışıqlar aparmaqla Moskvaya güzəştə gedirik. Biz torpaqlarımızı geri qaytaracağıq, bunu siz də görəcəksiniz. Bir neçə il ərzində ərazi bütövlüyümüz bərpa olunacaq".

AzVision.az


Teqlər:  





Xəbər lenti