Xəbərlərdə porno göstərildi - VİDEO
Canlı yayın zamanı studiyadakı monitorlarda gedən görüntü insanları çaşdırıb. Aparıcı isə monitorlar arxada olduğundan baş verənlərdən xəbərsiz şəkildə ciddi-ciddi işinə davam edib.
Bir qədər sonra diqqətli tamaşaçılar sosial şəbəkələr vasitəsilə bildiriblər ki, həmin film, xəbərlərlə eyni vaxtda, eyni teleşəbəkədən yayınlanan başqa bir kanalda göstərilirmiş.
İşin ən maraqlı tərəfi isə odur ki, həmin vaxt aparıcı dövlət büdcəsinə kəsrlərlə əlaqədar sarı kanalların müvəqqəti olaraq bağlanacağı haqda xəbər verirmiş.
Onu da qeyd edək ki, bu xəbərlər bir anın içində əsl “İnternet hiti”nə çevrilib. Video çarxı artıq minlərlə adam izləyib.
Telekanalın özü isə baş verənlərlə bağlı hələlik heç bir açıqlama verməyib.
AzVision.az