Merkel prezidentin adını səhv saldı - VİDEO

Merkel prezidentin adını səhv saldı - VİDEO
  31 May 2013    Oxunub:1179
Parisdə Fransua Ollandla Almaniya kansleri Angela Merkelin iştirak etdiyi mətbuat konfransında gülünc hadisə baş verib.
Kansler Fransanın indiki prezidentinə səhvən ölkənin keçmiş başçısının adı ilə müraciət edib.

“Üzərində çalışdığımız məsələlər artıq Fransua Mitteran tərəfindən sadalanıb. Üzr istəyirəm, Fransua Mitteran yox, Fransua Olland!” - deyə Merkel səhvini düzəldib.

Qulağında tərcüməçi aparatı olduğundan Olland Merkelin ona Mitteran deməsini eşitmir. Tərcüməçi isə Merkelin səhvini düzəldərək çatdırır. Məsələni sonradan başa düşən Olland gülümsəyir.

Xatırladaq ki, Fransua Mitteran 1981-1995-ci illərdə Fransanın prezidenti olub.



AzVision.az


Teqlər:  





Xəbər lenti