Prezidentin məktubları satılır

Prezidentin məktubları satılır
  31 May 2013    Oxunub:1215
ABŞ prezidenti Barak Obamanın qardaşı prezidentin imzası olan iki məktubu satır.
AzVision.az USA Today-ə istinadən məlumat verir ki, Obamanın ögey qardaşı Malik Obama prezidentin şəxsən yazdığı və imzaladığı iki məktubu Keniyada qohumlarına satır. Məktubların hər birinə 15 min dollar təklif edilib.

Qeyd edək ki, satışı amerikalı kolleksiyaçı Qari Zimet təşkil edib. Zimet Obamanın Keniyada yaşayan qardaşı Malik Obamaya məktub yazaraq onda prezidentə aid məktubun olub-olmamasını soruşub. Malik cavab yazaraq bildirib ki, onda Obamanın imzası olan iki məktub var. Zimetin sözlərinə görə, məktublar Ağ Evin dəftərxanasına aiddir və hər ikisində “dualarınıza və dəstəyinizə görə təşəkkür edirəm” – yazısı və “B.O.” imzası vardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti