Eynulla Fətullayev tutulub-buraxıldı

Eynulla Fətullayev tutulub-buraxıldı
  31 May 2013    Oxunub:1378
Alman polisi Franktfurda Azərbaycanın tanınmış hüquq müdafiəçisi və jurnalisti Eynulla Fətullayevi saxlayıb. Onun sənədləri əlindən alınıb, özü isə polis məntəqəsinə aparılıb.
Xatırladaq ki, “Occupy” hərəkatı bu gün yerli vaxtla saat 16.00-da şəhərdəki mərkəzi həbsxananın qarşısında mitinq keçirməyi planlaşdırırdı. Almaniyanın hər yerindən mitinqə qatılmaq istəyənlər vardı. Lakin polis içərisində etirazçıların olduğu 3 avtobusu saxlayaraq şəhərə buraxmayıb. Bundan başqa, polis şəhərin bütün mərkəzi küçələrini nəzarətə götürüb, piyadaların və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Mitinqin keçiriləcəyi həbsxanaya aparan yollar tamamilə bağlanıb. Bir sözlə, şəhərdə qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürür.

Bu həftənin əvvəlindən başlayaraq Almaniyanın və bütün Avropanın maliyyə mərkəzi sayılan Frankfurtda Avropa Komissiyasının və Almaniya hakimiyyətinin iqtisadi və sosial siyasətinə qarşı mitinqlər keçirilir. Almaniyanın bütün etiraz aksiyaları tarixində ilk dəfədir ki, mitinqçilər küçələrə ayrı-seçkilik siyasətinə və insan haqlarının sistemli şəkildə pozulmasına qarşı şüarlarla çıxıblar.

Eynulla Fətullayevin Frankfurtdan virtualaz.org saytına verdiyi məlumata görə, ilk gündən Almaniyanın hakim dairələri tədbirin keçirilməsinə imkan verməyiblər. Halbuki ötən il yerli hakimiyyət hökumətin siyasətini pisləyən solçu təşkilatların, konkret olaraq Bundestaqda təmsil olunan Almaniya Sol Partiyasının tərəfdarlarına Avropa Mərkəzi Bankının binası yanında çadırlar belə qurmağa mane olmamışdı. Fətullayevin sözlərinə görə, görünür, yerli hakimiyyət yeni qarşıdurmadan ehtiyat etdiyindən daha yüngül vasitəyə əl atıb və tədbirin keçirilməsinə ümumiyyətlə icazə verməyib: “Bu il hakim dairələr daha ağıllı tərpəndilər və müxalifətə şəhərin mərkəzində aksiya keçirməyə imkan vermədilər”.

Fətullayevin dediyinə görə, hakimiyyət cümə gününə-mayın 31-nə planlaşdırılan aksiyaya da icazə verməyib. Yeri gəlmişkən, təşkilatçılar dünən axşamtərəfi Frankfurtun mərkəzi prospektində əhalinin diqqətini cəlb etmək üçün fleş-mob keçirmək istəyiblər. Lakin polis bunun da qarşısını alııb. Bununla belə, təşkilatçılar tədbirin cümə günü planlaşdırılan yerdə-məhz şəhərin mərkəzində keçirilməsində israrlıdırlar: “Maraqlıdır ki, bu aksiya alman KİV-ləri tərəfindən demək olar, işıqlandırılmır. Halbuki digər ölkələrdə ən xırda detallara da yer ayırır, insan haqlarının pozulduğunu az qala bütün dünyaya car çəkirlər... ”


Teqlər:





Xəbər lenti