`Azərbaycanın mövqeyinə hörmət edirik` - Kansler

`Azərbaycanın mövqeyinə hörmət edirik` - Kansler
  21 May 2015    Oxunub:2123
Avropa İttifaqı (Aİ) quruma üzvlük yolunu axtarmayan Azərbaycanın mövqeyinə hörmət edir.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.

O, qeyd edib ki, Aİ "Şərq tərəfdaşlığı" proqramının hər bir iştirakçı ölkəsinin Aİ ilə əməkdaşlığı saxlamaqla özünün inkişaf yolarını axtarmaq hüququna hörmətlə yanaşır.

Kansler əlavə edib ki, "Şərq tərəfdaşlığı" proqramı Rusiyaya qarşı yönəlməyib.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hahna «Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsini təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti