Suriya Rusiyadan S-300 raketləri aldı

Suriya Rusiyadan S-300 raketləri aldı
  30 May 2013    Oxunub:1072
Suriya prezidenti Bəşər Əsəd “Əl-Mənar” televiziyasına müsahibəsində Rusiyanın S-300 raketlərini aldığını bildirib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Bəşər Əsəd bununla gələcəkdə Suriyanın İsrail tərəfindən edilən bütün hücumlarına cavab verəcəyini təsdiqləyib.

Qeyd edək ki, Rusiya texnikanın satılması barədə çoxdan Suriya ilə müqavilə imzalayıb. Müqaviləyə görə, Rusiya artıq S-300 raketlərini Suriyaya yerləşdirib qurtarmaq üzrədir.

S-300 raketləri müdafiə təyinatlıdır və hava zərbələrinin qarşısını almaq üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti