Türkiyə şoka düşdü

Türkiyə şoka düşdü
  30 May 2013    Oxunub:1194
Türkiyənin PKK ilə bağlı əldə etdiyi son məlumatlar şok effekti yaradıb
PKK terrorunu birdəfəlik bitirməyə qərarlı olan Türkiyədə təşkilatla bağlı əldə olunan son məlumatlar hər kəsi təəccübləndirib.

Problemin həlli ilə məşğul olan "Aqil insanlar" komissiyası Türkiyə Böyük Millət Məclisinə məruzə təqdim edib. Bu məruzə millət vəkilləri tərəfindən çaşqınlıqla qarşılanıb. Məlum olub ki, təşkilat sıralarına nizami ordu birləşmələri ilə döyüşmək üçün hətta azyaşlı uşaqları da daxil edib.

Valideynləri aldadaraq uşaqları dağa aparan terrorçular sonradan 9 yaşlı körpələri açıq ölümə göndərib. Bundan başqa "aqil insanlar" müəyyənləşdirib ki, hazırda PKK sıralarında olan terrorçuların 25 faizini yaşı 16-ya çatmayanlar təşkil edir. Komisiyanın məruzəsinə görə əsas zərbə qüvvəsini isə 30 yaşdan aşağı gənclər təşkil edir.

Bununla belə məlum olub ki, ağır şərtlər altında dağlarda ən uzağı 7 il yaşamaq mümkündür. Komisiya hazırda terrorçuların tərk etdiyi mağaralarda minlərlə PKK tərəfdarının cəsədlərinin olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti