BMT-dən rejim əleyhinə yeni qətnamə

BMT-dən rejim əleyhinə yeni qətnamə
  30 May 2013    Oxunub:1182
Suriyanın xarici işlər naziri 2014-ci ildə keçiriləcək seçkilərə qədər öz postunda qalacağını bildirib
Suriyada ordu qüvələrinin ölkənin müxtəlif şəhərlərində rejim əleyhdarlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha onlarla insan həyatını itirib. BMT-nin İnsan Haqları Şurası Suriyadakı rejimi tənqid edən qətnamə qəbul edib.

Sənədi şuraya üzv 36 dövlətin təmsilçisi dəstəkləyib. Venesuela onun əleyhinə səs verib. Şuranın 8 üzvü isə bitərəf qalıb. ABŞ, Türkiyə və Qətərin nümayəndələrinin hazırladığı bu sənəddə «Kuseyrədəki silahlı qarşıdurmada Suriyadakı rejimə xarici dövlətlərin vətəndaşlarının yardım etməsi pislənib».

Suriyanın xarici işlər naziri Valid Muallem "Əl-Məyədin" telekanalına müsahibəsində bildirib ki, prezident Bəşər Əsəd 2014-cü ilin sonuna kimi öz postunda qalacaq. Onun sözlərinə görə, Bəşər Əsəd ola bilsin ki, növbəti prezident seçkilərində də namizəd olacaq. Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Dəməşq ilkin şərtsiz Cenevrə konfransında iştirak edəcək. Muallem deyib ki, "Cenevrədə konfransın nəticəsinə görə bütün razılıqlar ümumi referenduma çıxarılacaq".

O, həmçinin ABŞ-ı Suriyanın daxili işlərinə "yolverilməz müdaxilə"də ittiham edib. Suriya müxalifətinin Milli koalisiyası isə Suriyaya dair «Cenevrə-2» konfransında iştirak şərti kimi tədbirdə münaqişənin həlli müddətinin müəyyənləşməsini irəli sürüb. Müvafiq qətnamə Koalisiyanın İstanbulda keçirdiyi görüşün nəticəsində qəbul edilib.



Teqlər:  





Xəbər lenti