Azərbaycana dərs keçənlərin pozduğu dərslər

Azərbaycana dərs keçənlərin pozduğu dərslər
  30 May 2013    Oxunub:1948
Almaniya hökuməti Frankfurtda Avropanın Mərkəzi bankı qarşısında, eləcə də yaxınlıqda yerləşən küçələrdə beynəlxalq aktivistlərin və hüquq müdafiəçilərinin yürüşünün keçirilməsinə icazə verməkdən imtina edib.

Maraqlıdır ki, elə həmin Avropanın komissarları və emissarları Bakının mərkəzində mitinqlərin keçirilməsi üçün hökumətin icazə verməsini tələb edirlər. Alman hakimiyyətinin bu hərəkətləri necə şərh edəcəyi çox maraqlıdır. Almaniya, ümumiyətlə, Qərbi Avropa ölkələri özlərini sağaltmamış digər ölkələrə reseptlər yazmağa çalışırlar. Onlar baş verən hadisələrə - Azərbaycanda insan hüquqlarının pozulmasına mikroskopla baxırlar. Halbuki, bu ölkələrdə insan hüquqlarına riayət edilməsi məsələsi kənarda qalır. Frankfurtda beynəlxalq aktivistlərin və hüquq müdafiəçilərinin yürüşünün keçirilməsinə icazə verilməməsi buna bariz nümunədir.

Bu, nə birinci, nə də sonuncudur. Amnesty International-ın məlumatına görə, alman polisləri gəlmələrə daha çox əzab verir. Almaniyada insan hüquqlarının pozulması hadisəsi yüksək səviyyədədir. Buna baxmayaraq, hökumət Almaniya hüquq müdafiə təşkilatlarına belə hadisələr barədə rəsmi məlumatla kömək üçün müraciət edən insanların sayını az göstərir. Yəni problemin aradan qaldırılması məsələsinə baxılmır.

Almaniyada insanların hüquqlarının pozulması məsələsini həll etməyə çalışan “Blockupy Frankfurt” Federal koalisiyası yaradılıb. Almaniyada insan hüquqlarının pozulması siyasətinə qarşı kütləvi aksiyalar keçirilməsi planlaşdırılmışdı.

Frankfurtda keçirilən aksiyada müxtəlif ölkələrdən - İtaliya, Yunanıstan, Fransa, Belçika, Avstriyadan aktivistlər iştirak edəcəklər. Aksiyanın Frankfurtun mərkəzində keçirilməsi planlaşdırılırdı. Amma Almaniya hökuməti sanksiya tətbiq edərək həmin aksiyanın keçirilməsinə icazə vermədi. Bu isə Almaniyada insan hüquqlarının pozulmasını bir daha sübut etdi. Amma yerli müxalifət və Avropanın müxtəlif ölkələrinin aktivistləri mayın 31-də Frankfurtun mərkəzində aksiya keçirməyə qəti qərar verib. Görək, nə olacaq...

AzVision.az


Teqlər:  





Xəbər lenti