“Terrorizm sponsorları”nın pulları artıb

“Terrorizm sponsorları”nın pulları artıb
  29 May 2013    Oxunub:2288
ABŞ keçən il tətbiq edilmiş sanksiyalara əsasən Vaşinqtonda terrorizmin sponsorları hesab edilən ölkələrdən 2,3 milyard dollar əldə edib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi bildirib. İdarənin illik məruzəsinə əsasən ələ keçirilmiş vasitələrin 1,9 milyard dolları İrana məxsuusdur. Bu vasitələrin 253 milyonu - Kubaya, 78 milyonu - Suriyaya, 26 milyonu – Sudana aiddir.

2011-ci ildə bu ölkələrdən ələ keçirilmiş vasitələrin ümumi məbləği 399 milyon dollar təşkil edib. Beləliklə, 2012-ci ildə sanksiyaların həcmi altı dəfə artıb. Artımın əsas mənbəyi İran aktivlərinin hesabına başa gəlib. Təkcə 2011-ci ildə İrandan 55 milyon dollar əldə edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti