500-dən çox insan anomal istinin qurbanı oldu

500-dən çox insan anomal istinin qurbanı oldu
  29 May 2013    Oxunub:1489
Hindistanda 500 nəfərdən çox insan anomal istilərin qurbanı olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, son iki ayda Hindistanda 524 nəfər insan həlak olub. İsti hava şəraiti ölkənin bir sıra regionlarında qeyd olunub. Başqa mənbələrin məlumatına görə anomal isti havadan ölənlərin sayı 600-ə çatıb. Hindistan əhalisinin əksəriyyəti günün ən qızmar vaxtı evdən çölə çıxmır. Ölkədə temperatur 30-45 dərəcə arasında dəyişir. Ölkənin ən isti rayonu Etavahdır. Burada temperatur 46 dərəcədən yüksəkdir. Sinoptiklərin məlumatına görə isə yaxın zamanlarda ölkəyə yağışın düşmə ehtimalı yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti