Rusiya hərbi təlimlərə başladı

Rusiya hərbi təlimlərə başladı
  28 May 2013    Oxunub:1203
Rusiyada hərbi təlimlərin ardı-arası kəsilmir.
Putinin Qara dənizə ordu yeritməsindən sonra, Müdafiə Nazirliyi bu dəfə daha geniş miqyaslı təlimlərə start verib. Nazir Sergey Şoyqunun göstərişi ilə 9 minə yaxın hərbçi 185 döyüş təyyarəsi və 250-dən çox zirehli texnika ilə hərbi təlimlərə başlayıb. Ancaq Rusiyanın sürprizi bununla da yekunlaşmayıb.

Rəsmi Kreml bu dəfə də S-300 raketdən müdafiə sistemlərini atəş mövqeyinə cəlb edib. Həştərxanda əsgərləri həyəcan siqnalı ilə ayağa qaldıran Müdafiə Nazirliyi uzaq mənzilli raket sistemlərini, eləcə də Pantsir-S1 hava hücumundan müdafiə qurğusunu hərəkətə gətirib.

Rusiyanın son vaxtlar hərbi təlimləri məhz Şimali Qafqazda gerçəkləşdirməsi də diqqət çəkir. Ekspertlər bunu Suriya böhranı ilə bağlı qərb ittifaqı və ABŞ-a bir növ xəbərdarlıq əlaməti kimi izah edirlər.


Teqlər:





Xəbər lenti