SOCAR Türkiyədə də yanacaq satacaq

SOCAR Türkiyədə də yanacaq satacaq
  19 Fevral 2013    Oxunub:1855
SOCAR Aralıq dənizi bölgəsinin ən böyük tədarük firması sayılan “Delta rubis” şirkəti arasında beş illik əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə yanacağın tədarükü və satışı ilə də məşğul olacaq. Türkiyə KİV-nin verdiyi məlumata görə, bununla əlaqədar ARDNŞ-in Türkiyədəki satış şirkəti olan “SOCAR Turkey Petrol Enerji Dağıtım AŞ” ilə Aralıq dənizi bölgəsinin ən böyük tədarük firması sayılan “Delta rubis” şirkəti arasında beş illik əməkdaşlıq sazişi imzalanıb.

İmzalama mərasimində çıxış edən “SOCAR Turkey”in rəhbər şəxslərindən biri Mutluay Doğan bu müqavilənin imzalanmasının Ceyhan limanından istifadə edən iritutumlu tankerlərə yanacağın satışına yol açdığını, bu sahədə gələcək fəaliyyətin genişləndirilməsi üçün böyük imkanlar yaratdığını bildirib.

“Delta rubis” şirkətinin baş direktoru Sami Habbab da əsası qoyulan əməkdaşlığın qarşılıqlı faydaya əsaslandığını və gələcəkdə bu işbirliyinin genişləndirilməsində ciddi zəmin hazırladığını qeyd edib.



Teqlər:  





Xəbər lenti