Ərdoğan başsağlığı verdi

Ərdoğan başsağlığı verdi
  28 May 2013    Oxunub:1201
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan keçmiş prezident Süleyman Dəmirələ başsağlığı verib
AzVision.az xəbər verir ki, həyat yoldaşını itirən sabiq prezident Süleyman Dəmirələ baş nazir R.T.Ərdoğan zəng edib. Eks prezidenti tək buraxmayan baş nazir Süleyman Dəmirələ başsağlığı verib və onun acısını bölüşdüyünü bildirib.

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı Nazmiyə Dəmirəl mayın 27-də gecə saatlarında vəfat edib.

Alzeymer xəstəsi olan Nazmiyə Dəmirəl, bir müddət Türkiyə Başkent Universiteti Xəstəxanasında müalicədən sonra 86 yaşında ölüb.

Qeyd edək ki, 1927-ci ildə doğulan Nazmiyə Dəmirəl, 12 mart 1948-ci ildən bəri Süleyman Dəmirəl ilə evli olub.


Teqlər:  





Xəbər lenti