Kilsənin şərabı qurtardı
Keşişlərin sözlərinə görə, ehtiyat şərab yaxın iki aya qurtaracaq. Kilsənin həmin şərabı xarici ölkədən alıb-almayacağı məlum deyil.
Xatırladaq ki, Venesuela son vaxtlar ilkin ehtiyac mallarının - süd, kərə yağı, qəhvə çatışmazlığı ilə üzləşir.
Bəzi ekspertlərin fikrincə, yaranmış vəziyyətə səbəb sosialistlərin populist siyasətidir. Hökumət isə öz növbəsində yaranmış vəziyyətdə müxalifəti və KİV-i ittiham edir. Guya onlar ölkədə vəziyyətin stabilliyi pozmağa çalışırlar.
AzVision.az