Fransada 350-dən çox etirazçı saxlanıldı
Eynicinslilərin nikahı və onlara övladlığa uşaq götürməyə icazə verən qanuna qarşı kütləvi aksiya Parisdə keçirilib. Polisin məlumatına görə aksiyada - 150 min, təşkilatçılara görə - 1 milyondan çox insan iştirak edib. Aksiyanın sonunda 200-300 qrup gənc şüarlar səsləndirib və polisləri daşa basıblar. Polis isə izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
AzVision.az